Ançelotti Madrid derbisinin tarixinə düşən futbolçudan danışdı

“Real”ın baş məşqçisi Karlo Ançelotti 18 yaşlı Alvaro Rodrigesin İspaniya çempionatının 23-cü turunun “Atletiko” ilə matçında (1:1) vurduğu qolu şərh edib.

Komanda.az xəbər verir ki, italiyalı mütəxəssis oyundan sonra keçirilən mətbuat konfransında belə deyib:

“Alvaro meydana çıxdı və qolunu vurdu. Bu, onun üçün çox yaxşıdır. Çünki bu, onun “Santyaqo Bernabeu”da ilk qoludur”.

Rodriges 21-ci əsrdə Madrid derbisində qol vuran ən gənc oyunçu olub.

“Real” La Liqada 23 turdan sonra 52 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. “Atletiko” isə 23 oyundan sonra 42 xalla 4-cü yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button