ÇL: Həftənin ən yaxşı oyunçusu bəlli oldu
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsi çərçivəsində keçirilmiş növbəti 4 oyundan sonra həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
Komanda.az xəbər verir ki, Madrid “Real”ının hücumçusu Vinisius Junior bu həftənin ən yaxşı oyunçusu seçilib.
Xatırladaq ki, braziliyalı futbolçu İngiltərənin “Liverpul” komandasına səfərdə 5:2 hesabıyla qalib gəldikləri oyunda 2 qol vurub, 1 məhsuldar ötürmə edib.
Həftənin ən yaxşı oyunçusu adına “Napoli”dən İrvinq Losano, “İnter”dən Hakan Çalhanoğlu və “Mançester Siti”dən Riyad Mahrez də namizəd idi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin