Bellingem azarkeşi olduğu kluba keçmək istəyir
“Borussiya”nın (Dortmund) yarımmüdafiəçisi Çud Bellingem “Liverpul”a keçməyə hazırdır.
Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, o, Mersisayd təmsilçisinə azarkeşlik etdiyi üçün bu keçidə isti yanaşır.
İngiltərəli futbolçu 2023/24 mövsümündə “Liverpul”un UEFA Çempionlar Liqasında iştirak edə bilməmək ehtimalını da nəzərə alıb.
Bellingemin Dortmund təmsilçisi ilə müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.
19 yaşlı futbolçu 2022/23 mövsümündə “Borussiya”nın heyətində 26 oyuna çıxıb, 10 qol vurub və 6 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin