Azərbaycanlı cüdoçu “gümüş” qazandı
Portuqaliyanın Almada şəhərində keçirilən qran-pri turnirinin ikinci günündə azərbaycanlı cüdoçu medal qazanıb.
Komanda.az xəbər verir ki, 81 kq çəki dərəcəsində mübarizə aparan Elcan Hacıyev yarışı gümüş medalla bitirib.
O, 2022-ci ildə Çexiyanın paytaxtı Praqada gənclər arasında keçirilən Avropa çempionatında qızıl medala sahib olmuşdu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin