Super Liqada mövsümə yekun vuruldu

Futbol üzrə Türkiyə Super Liqasında mövsümə yekun vurulub.

Komanda.az xəbər verir ki, sonuncu – 34-cü turun ilk oyun günündə 4 qarşılaşma keçirilib. Ötən tur çempionluğunu rəsmiləşdirən “Qalatasaray” “Sivasspor” səfərinə yollanıb. İstanbul təmsilçisi 7 qolluq qarşılaşmadan məğlub ayrılıb. “Başakşəhər” “Alanyaspor”la ev oyunundan heç-heçə ilə ayrılıb. “Beşiktaş” isə “Kasımpaşa”nı qəbul edib və çətin qələbəyə sevinib. “Trabzonspor” da “Rizəspor”la səfər matçında qalib gəlib.

Şənbə günü bir görüş baş tutub. “Konyaspor” – “Akhisarspor” matçında qapılara qol vurulmayıb.

Cari mövsümdə uğursuz çıxış edən “Fənərbaxça” doğma azarkeşləri qarşısında “Antalyaspor”u sınağa çəkib və inamlı qələbəyə sevinib. “Göztəpə” “Ankaragücü”nü məğlub yola salıb. “Kayserispor” evdə “Ərzurumspor”a, “Yeni Malatyaspor” isə “Bursapor”a məğlub olub.

Mövsümün yekunlarına görə, çempion “Qalatasaray”la “Başakşəhər” növbəti mövsümdə Türkiyəni Çempionlar Liqasında təmsil etmək hüququ qazanıb. “Beşiktaş”, “Trabzonspor” və “Yeni Malatyaspor” isə Avropa Liqasında mübarizə aparacaq.

Son üç pillədə qərarlaşan “Bursaspor”, “Ərzurumspor” və “Akhisarspor” isə elitanı tərk etmək məcburiyyətində qalıb.

Türkiyə Super Liqası, 34-cü tur

24 may

Başakşəhər – Alanyaspor 1:1
Qol
: U.Ceylan, 6 – J.Fernandes, 16.

Beşiktaş – Kasımpaşa 3:2
Qol
: G.Yalçın, 10; 44; 45 – Hayradinoviç, 13. Koyta, 67.

Rizəspor – Trabzonspor 2:3
Qol
: Boldrin, 16. Muriqi, 65 – Rodalleqa, 20. Melnyak, 24-öz qapısına. A.Omur, 43.

Sivasspor – Qalatasaray 4:3
Qol
: Rıbalka, 43; 77. H.Arslan, 45. Kone, 79 – Linnes, 2. M.Çelik, 34; 82.

25 may

Konyaspor – Akhisarspor 0:0

26 may

Fənərbaxça – Antalyaspor 3:1
Qol
: Zayç, 13. Elmas, 69. Mozes, 90 – M.Erdinc, 33.

Göztəpə – Ankaragücü 2:1
Qol
: A.Öztürk, 14. D.Kadah, 84-pen – M.Pazdan, 74.

Kayserispor – Ərzurumspor 0:2
Qol
: T.Antalyalı, 12. G.Sunu, 43.

Yeni Malatyaspor – Bursaspor 1:2
Qol
: A.Kamara, 61 – Şebake, 4-öz qapısına. U.Nayir, 20.

Bombardir: Mbaye Diane (Qalatasaray) – 30 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button