“Mançester Yunayted” səfərdə xal itirdi

İngiltərə Premyer Liqasında 7-ci turdan təxirə salınmış bir oyun keçirilib.

Komanda.az xəbər verir ki, günün yeganə matçı “Kristal Pelas”la “Mançester Yunayted” arasında baş tutub.

Tərəflər bu oyunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Bu heç-heçədən sonra “Mançester Yunayted” 39 xalla üçüncü, “Kristal Pelas” isə 23 xalla 12-ci sırada qərarlaşıb.

İngiltərə Premyer Liqası
7-ci turun oyunu

18 yanvar

Kristal Pelas – Mançester Yunayted 1:1
Qol: Maykl Olise, 90+1 – Bruno Fernandes, 44.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button