“Sumqayıt” Rusiya klubuna məğlub oldu

Türkiyədə təlim-məşq toplanışında olan “Sumqayıt” bu gün sonuncu yoxlama oyununa çıxıb.

Komanda.az xəbər verir ki, Antalya hazırlığı çərçivəsində baş tutan görüşdə rəqib Rusiya Premyer Liqası təmsilçisi “Krılya Sovetov” olub.

“Titanic Mardan” hotelinin idman kompleksində baş tutan qarşılaşmaya Bakı vaxtı ilə saat 15:30-da start verilib. “Sumqayıt” bu oyunda 0:1 hesablı məğlubiyyətə üzülüb. Samara təmsilçisi yeganə qolu 86-cı dəqiqədə vurub.

Xatırladaq ki, “Sumqayıt” Türkiyədəki ilk yoxlama oyununda Serbiya təmsilçisi “Radnik”lə qarşılaşıb və 2:1 hesabı ilə qələbə qazanıb.

“Sumqayıt” sabah vətənə dönəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button