Super Liqa klubundan yeni transfer
Türkiyənin “İstanbulspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi “Eyüpspor”un nigeriyalı hücumçusu Emeka Ezeni heyətinə qatıb.
Bu barədə elita təmsilçisinin rəsmi saytı məlumat yayıb. İstanbul klubu 26 yaşlı futbolçunu icarəyə götürüb. Onun bu mövsümün sonuna kimi “İstanbulspor”da çıxış edəcəyi diqqətə çatdırılıb.
Eze 2022-ci ilin iyul ayından “Eyupspor”un formasını geyinir. O, daha öncə Türkiyədə “Adanaspor” və “Keçiörengücü” klublarının da uğurları üçün çalışıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin