Braziliyalı futbolçu karyerasını başa vurdu
Braziliya yığmasının sabiq müdafiəçisi Joao Miranda peşəkar karyerasını başa vurub.
Komanda.az xəbər verir ki, bu barədə 38 yaşlı futbolçu sosial şəbəkə hesabında paylaşım edib.
Miranda Braziliyada “Koritiba” və “San Paulo”, Fransada “Soşo”, İspaniyada “Atletiko”, İtaliyada “İnter”, Çində “Jianqsu Suninq” klublarının formasını geyinib. O, millinin heyətində 58 oyuna 3 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin