Azərbaycan cüdoçularının Olimpiya Dünya Reytinqindəki mövqeləri açıqlandı
Azərbaycan cüdoçularının Olimpiya Təsnifat Dövrü üçün ilk Olimpiya Dünya Reytinq siyahısındakı mövqeləri bəlli olub.
Komanda.az xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyası yanvarın 11-nə olan sıralamanı açıqlayıb.
Azərbaycan təmsilçilərindən Səid Mollayi 81 kq çəki dərəcəsində dünya reytinqinə başçılıq edir. Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) isə öz çəki dərəcələrində ikinci pillədədirlər.
Olimpiya vəsiqələri üçün hesablanan yarışların sayının az olması səbəbindən birbaşa və ya kontinental kvotaların bir hissəsi tam və ya dəqiq olmadığı üçün rəsmi deyil.
Xatırladaq ki, Yay Olimpiya Oyunlarına hər ölkədən hər çəki dərəcəsində yalnız bir idmançı mübarizə apara bilər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin