La Liqa klubunun baş məşqçi qərarı
İspaniyanın “Selta” klubu baş məşqçisi Fran Eskribanın müqaviləsinin müddətini uzadıb.
Komanda.az xəbər verir ki, 54 yaşlı mütəxəssislə yeni – iki illik sözləşmə imzalanıb. Bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Eskriba mart ayından “Selta”ya rəhbərlik edirdi. Onun əvvəlki müqaviləsi mövsümün sonuna qədər idi.
“Selta” La Liqanı geridə qalan mövsümdə 41 xalla 17-ci sırada bitirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin