Qalte: “Neymar çox dəyişib”
PSJ-nin baş məşqçisi Kristof Qalte Fransa çempionatının 16-cı turunun “Strasburq”la matçından sonra (2:1) açıqlama verib.
Komanda.az RMC-yə istinadən xəbər verir ki, o, braziliyalı hücumçu Neymarın qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılmasına münasibət bildirib:
“Neymar çox dəyişib. O, oyunun da tempini dəyişdi. Onun qəzəbini başa düşürəm. Həqiqətən də, o, dünya çempionatında daha çox oynamaq istəyirdi. Etdiyi simulyasiyaya görə sarı vərəqəyə layiq idi. Lakin həmin epizoddan bir dəqiqə öncə ona göstərilən vərəqə çox ağır cəzadır. Bunlar heç də kiçik qayda pozuntuları deyil”.
Paris təmsilçisi Liqa 1-də 16 oyundan sonra 44 xalla turnir cədvəlinə başçılıq edir. “Strasburq” isə 11 xalla 19-cu pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin