“Səbail”də Mahmud Qurbanovla yollar ayrıldı
“Səbail”in baş məşqçisi Mahmud Qurbanov tutduğu vəzifəsindən istefası ilə bağlı klub rəhbərliyinə müraciət edib.
Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Mütəxəssisin təqdim etdiyi istefa ərizəsi klubun Müşahidə Şurası tərəfindən qəbul olunub.
Mahmud Qurbanova xidmətlərinə görə təşəkkür edilib, ona gələcək karyerasında uğurlar arzulanıb.
“Səbail” PFK-nın baş məşqçisi vəzifəsinə yeni təyinatla bağlı ictiamiyyətə yaxın günlərdə məlumat veriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin