İsveçrə şirkətindən AFFA-ya məktub

İsveçrənin SGS şirkəti AFFA-nın Lisenziyalaşdırma Qrupunun fəaliyyəti ilə bağlı 2022-ci ildə apardığı yoxlamanın nəticələrini açıqlayıb.

Komanda.az assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, şirkət tərəfindən göndərilən məktubda AFFA-nın Lisenziyalaşdırma Qrupunun fəaliyyətinin UEFA-nın Klubların Lisenziyalaşdırma üzrə keyfiyyət standartlarına uyğun olduğu vurğulanıb.

Eyni zamanda, qeyd olunub ki, Lisenziyalaşdırma Qrupu 2023/2024 lisenziyalaşdırma mövsümü çərçivəsində Azərbaycan klublarının UEFA yarışlarında iştirakı ilə bağlı lisenziyalaşdırma prosesini həyata keçirmək hüququna malikdir.

SGS şirkəti müvafiq yoxlamaları UEFA-nın sifarişi əsasında həyata keçirir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button