“Sumqayıt”dan ayrıldı, Belarus çempionu ilə müqavilə bağladı
“Sumqayıt”ın sabiq baş məşqçisi Aleksey Baqanın yeni iş yeri müəyyənləşib.
Komanda.az xəbər verir ki, 41 yaşlı mütəxəssis Belarusun “Şaxtyor” (Soliqorsk) komandasının sükanı arxasına keçib.
Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Belaruslu məşqçi yeni köhnə-yeni klubu ilə 2 illik müqavilə imzalauıb. O, son ölkə çempionunda Miliç Çuriçiçi əvəzləyib.
Xatırladaq ki, bu ilin sentyabrında “Sumqayıt”dan istefaya göndərilən Aleksey Baqa 2021-ci ildə “Şaxtyor”un sükanı arxasında olub və bu kluba 2-ci çempionluğu qazandırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin