UEFA “Yuventus”la bağlı araşdırmalara başladı
UEFA-nın Klubların Maliyyə Nəzarəti Orqanı İtaliyanın “Yuventus” klubu ilə bağlı araşdırmalara başlayıb.
Komanda.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Turin təmsilçisi lisenziya və maliyyə feyr-pleyi qaydalarını pozmaqda günahlandırılır.
Xatırladaq ki, iki gün əvvəl İtaliya klubunun prezidenti Andrea Anyelli və vitse-prezidenti Pavel Nedved idarə heyəti ilə birlikdə istefa veriblər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin