Bundesliqa klubunda ayrılıq
“Verder”in futbolçusu Maks Kruze mövsümün sonunda klubu tərk edəcək.
Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 31 yaşlı hücumçunun mövsümün sonuna qədər olan müqaviləsi yenilənməyəcək.
Kruze ilə “Fənərbaxça” yaxından maraqlanır.
2016-cı ildən “Verder”də çıxış edən Kruze, 14 dəfə də Almaniya millisinin formasını geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin