“Yuventus” onu buraxmaq fikrində deyil
“Yuventus” yarımmüdafiəçi Manuel Lokatellini heyətində saxlamağı düşünür.
İtaliyalı futbolçu “qoca sinyora”da icarə əsasında çıxış edir. Komanda.az “Tuttosport”-a istinadən xəbər verir ki, “Yuventus” yayda 24 yaşlı futbolçunun hüquqlarını “Sassuolo”dan ala bilər.
Turin təmsilçisi Lokatelli ilə 2027-ci ilə qədər müqavilə bağlamaq niyyətindədir.
Lokatelli bu mövsüm “Yuventus”un heyətində bütün turnirlər daxil olmaqla 20 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin