DÇ-2022: Deşamın zədələnən futbolçu üçün alternativləri
Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2022-nin qrup matçında Avstraliya ilə oyunda (4:1) zədələnən Lukas Hernandesi kiminlə əvəzləyəcəyi barədə danışıb.
Görüşün 13-cü dəqiqəsində zədələnən müdafiəçini qardaşı Teo Hernandes əvəz edib.
Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, fransalı baş məşqçi yığmanın heyətində sıradan çıxan müdafiəçini əvəzləyə biləcək oyunçuların olduğunu deyib:
“Mən həll yolları tapacam. Biz rahatlıq istəyiriksə, bütün mövqeləri üç dəfə artırmaq üçün milliyə 33 oyunçu dəvət etməliyik… Komandada Teo var və başqa alternativlər də var”.
DÇ-2022-də D qrupunda Fransa liderlik edir (3 xal). Danimarka ikinci (1 xal), Tunis üçüncü (1 xal), Avstraliya isə sonuncu (0 xal) pillədə qərarlaşıb.
Noyabrın 26-da Fransa Danimarka ilə, Avstraliya isə Tunislə qarşılaşacaq.
Bizi Facebook-da izləyin