“Neymarın nələri qurban verdiyini bilirəm” – Markinyos
PSJ-nin və Braziliya millisinin müdafiəçisi Markinyos DÇ-2022 öncəsi komanda yoldaşı Neymarın durumundan danışıb.
Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, müdafiəçi Neymarın fiziki durumu ilə bağlı danışıb:
“Neymar millinin düşərgəsinə əla fiziki vəziyyətdə gəlib. Mən onun hər gün turnirə hazırlaşdığını və nələri qurban verdiyini bilirəm”.
DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək. Braziliya millisi qrup mərhələsində Serbiya, İsveçrə və Kamerun yığmaları ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin