İtaliya klubu satışa çıxarıldı
İtaliya A Seriyası təmsilçisi “Cenoa” satışa çıxarılıb.
Komanda.az xəbər verir ki, bu barədə “Cenoa”nın prezidenti Enriko Presiozi klubun saytına açıqlamasında deyib. Klubun satışı ilə maliyyə şirkəti məşğul olacaq.
Presiozi 2003-cü ildən “Cenoa”ya rəhbərlik edir.
“Cenoa” A Seriyasında 36 turdan sonra 36 xalla 17-ci sırada qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin