Avropalılar Kvaratsxeliyaya inanmırmış – “O, sadəcə gürcüdür, braziliyalı deyil”
Futbol üzrə Gürcüstan millisinin baş məşqçisi Villi Sanyol Avropa klublarının nümayəndələrinin İtaliya “Napoli”sində çıxış edən gürcü hücumçu Xviça Kvaratsxeliyanın A Seriya klubuna keçməzdən əvvəl ona olan inamsızlıqlarından danışıb.
Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, baş məşqçi bunları deyib:
“Mənə Kvaratsxeliya haqda deyilənlər odur ki, o, matçın 70-ci dəqiqəsindən sonra yorulan oyunçudur. Mənə deyirdilər ki, “qulaq as, Villi, o, sadəcə gürcüdür, braziliyalı deyil, o qədər də cazibədar deyil”.
Kvaratsxeliya bu yay “Napoli”yə keçib. Gürcüstan millisinin üzvü A Seriyasının və Çempionlar Liqasının cari mövsümündə 15 matçda 7 qol vurub və 8 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin