Ronaldo gənclər komandasının məşqinə getdi – Amma…
“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo gənclərdən ibarət komandanın məşqinə getsə də, fərdi məşq edib.
Komanda.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb. O, U-21 komandası ilə məşq üçün gedib, lakin məşqçilərə fərdi məşq edəcəyini söyləyib.
Ronaldo İngiltərə Premyer Liqasının 13-cü turunun “Çelsi” ilə oyununda da olmayacaq. Baş məşqçi Erik ten Haqın Ronaldonu heyətdən kənarlaşdırmasına səbəb onun “Tottenhem”lə oyunda (2:0) etdiyi hərəkətdir. Ehtiyat oyunçular skamyasında olan portuqaliyalı futbolçu matçın sonunu gözləmədən, əvvəlcə ehtiyat oyunçular skamyasını, daha sonra isə stadionu tərk edib.
“Mançester Yunayted”in gənclərdən ibarət komandası oktyabrın 22-də “Vulverhempton”la qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin