“Yazun ki, mən də razıyam, Rövnəğ məllim də razıdur” – Məmmədyarovla futbol söhbəti

Azərbaycanın keçmiş xarici işlər naziri, AFFA İcraiyyə Komitəsinin üzvü Elmar Məmmədyarovun Komanda.az saytına müsahibəsi:

  • Elmar müəllim, İcraiyyə Komitəsinin son iclasında Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi ilə müqavilənin uzadılması barədə qərar qəbul edildi. Siz də De Byazi ilə müqavilənin uzadılmasına səs verənlərdən idiz?
  • Bilirsüz, bizim “naçional komanda”nın son oyunlarındakı “rezultatlar” da göstərdi ki, biz bu “trener”dən möhkəm yapışmaluyuq. Bizim “naçional komanda” çox maraxlı, ekzotik futbol oynayır.
  • Siz özünüz milli komandanın son oyunlarını izləmisiz?
  • Xeyr.
  • Bəs əvvəlki oyunlarını?
  • Xeyr. Düzünü demək lazumdursa, mənim oyunları izləməyə vaxtım olmur.
  • Millinin oyunlarını izləmədən necə bilirsiz ki, komanda maraqlı, gözəl futbol oynayır?
  • Maraxlı sualdır (gülür). Bu barədə mənə dostum, qardaşım, “zolotoy çelovok” Rövnəğ Abdullayev məllim məlumat verib.
  • Rövnəq Abdullayev özü milli komandanın oyunlarını izləyir sizcə?
  • Xmmm… Açıxı, buna o qədər də inanmır mən. Bilirsüz ki, Rövnəğ məllim böyük bir naz… Nazlana… Nazik… Nazim… “Çert poberi!” Rövnəğ məllim böyük bir “ministerstvo”da çalışır. Onun futbola baxmaq üçün vaxtı olduğuna inanmır elə də mən.
  • Maraqlıdır… Şəxsən siz özünüz İcraiyyə Komitəsinin iclasında nə barədə danışdız bəs?
  • Mən özüm xörmətli Canni De Byaziyə olan imanımı… “Odin minut”… İman… İnam… “Çert poberi!” “Vera” da, “vera!” Onu ifadə etdim.
  • Və Azərbaycan futbolundan, xüsusən də, milli komandadan razısız, düzdür?
  • “Da”, “da”. Özü də yazun ki, çox razıyam. Mən də razıyam, Rövnəğ məllim də razıdur. Xayiş edirəm ki, elə belə də yazun.
  • Oldu, Elmar müəllim, elə belə də yazarıq.

Virtual müsahibəni hazırladı: Kürşad

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button