Azərbaycan taekvondoçusu Avropa ikincisi oldu

Albaniyanın paytaxtı Tiranada 21 yaşadək taekvondoçular arasında Avropa çempionatına yekun vurulub.

Komanda.az xəbər verir ki, yarışın sonuncu günündə Azərbaycan yığması daha bir medal qazanıb.

Baş məşqçi Reza Mehmandost və böyük məşqçi Elnur Amanovun çalışdırdığı komandanın heyətində Cavad Ağayev fəxri kürsünün ikinci pilləsinə qalxıb. 1/16 finalda Pablo Patinonu (İspaniya) 2:1 hesabı ilə məğlub edən taekvondoçu ardıcıl olaraq Aleksios Bouqas (Yunanıstan), Furkan Korpe (Türkiyə) və Con Porxa (Almaniya) 2:0 hesabı ilə qalib gələrək, finala yüksəlib.

Ağayev həlledici döyüşdə də türkiyəli idmançı ilə qarşılaşıb. Arslan Dəmirlə görüş gərgin alınıb. Rəqib 2:1 hesabı ilə qələbə qazandığından, Cavad gümüş medala sahib olub.

Bununla da, Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərlik etdiyi millinin Avropa çempionatında qazandığı mükafatların sayı 3-ə çatıb. Ağayevdən öncə Səyyad Dadaşov (54 kq) qızıl, Eltac Qafarov (74 kq) bürünc medala yiyələnib.

Yığma Avropa çempionatının ardınca oktyabrın 1-2-də Tiranada keçiriləcək G2 kateqoriyalı açıq Albaniya çempionatında da qüvvəsini sınayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button