Neymar “Qarabağ”ın rəqibi ilə oyunda niyə ehtiyatda qalıb?

PSJ-nin baş məşqçisi Kristof Qalte braziliyalı hücumçu Neymarın Liqa 1-in 6-cı turunun “Nant”la matçında (3:0) əsas heyətdə meydana çıxmamasının səbəbini açıqlayıb.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, baş məşqçi Neymarın zədə səbəbindən ehtiyatda qaldığını bildirib.

“Bir oyunçunu heyətə qoymasaz, bu, riskli ola bilər. Amma son qərar baş məşqçinindir. Cümə günü Neymarla bu barədə danışdım. O, son oyunda zədə səbəbindən əsas heyətdə meydana çıxmadı. Ona görə də, onu ehtiyatda saxlamaq qərarına gəldim. Neymar bu qərara yaxşı reaksiya verdi”.

“Nant” Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən biridir.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button