“Qarabağ” “Neftçi”ni geridə qoydu

“Qarabağ” tarixində 5-ci dəfə mövsümə 4 qələbə ilə başlayıb.

Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi Azərbaycan Premyer Liqasının 5-ci turunda “Kəpəz”i səfər oyununda 1:0 hesabı ilə yenib.

Əvvəlki turlarda “Səbail”i 3:1, “Sumqayıt”ı 2:0, “Şamaxı”nı 4:0 hesabı ilə məğlub edən “köhlən atlar” startdakı qələbə seriyasını 4-ə çatdırıb.

“Qarabağ” bunadək 4 dəfə belə başlanğıca nail olub. 2003/2004, 2013/2014, 2017/2018 və 2019/2020 mövsümlərində də bölgə təmsilçisi ilk 4 qarşılaşmada 12 xal yığıb.

“5”ə çatan “Qarabağ” bununla da, “Neftçi”ni arxada qoyub. Bakılılar 4 dəfə çempionata 4 qələbə ilə start verib. “Ağ-qaralar” 1992, 1994/1995, 1996/1997 və 2000/2001 mövsümlərinə belə başlayıb.

“Kəpəz” isə mövsümdə ardıcıl 5-ci məğlubiyyətini alaraq, son 7 mövsümün antirekorduna imza atıb. Bu müddətdə Gəncə təmsilçisindən başqa, heç bir komanda ilk 5 turu xalsız başa vurmayıb. Bu taleyi yaşayan sonuncu komanda AZAL olub. Bakı təmsilçisi 2015/2016 mövsümünün əvvəlində beş məğlubiyyəti sıralayıb.

“Kəpəz” də tarixinin ən uğursuz startına imza atıb. Qərblilər heç vaxt ilk 5 oyunda uduzmamışdı. 2012/2013 mövsümünə 4 məğlubiyyətlə başlayan gəncəlilər 5-ci görüşdə qələbə qazanmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button