Mourinyo ondan çox razıdır

“Roma”nın baş məşqçisi Joze Mourinyo İtaliya A Seriyasının 3-cü turunda “Yuventus”la heç-heçə etdikləri (1:1) matçdan sonra açıqlama verib.

Komanda.az “Football İtalia”-ya istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis, yeni transfer Paulo Dibalanın oyunu haqda da danışıb:

“Oyunun əvvəllərində məyus oldum. Ancaq sonra oyunumuzda müsbət dəyişikliklər oldu və bu, mənim xoşuma gəldi.

Matçın adamı? Meydanda ən yaxşı baş hakim idi, o, 90 dəqiqə ərzində əla idi.

Dibala da yaxşı oynadı, ondan çox razıyam.

Matçın son dəqiqələrində biz “Yuventus” azarkeşlərinin qorxusunu hiss etdik”.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button