Azərbaycan millisi ikinci oyunda heç-heçə etdi
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Bosniya və Herseqovinadakı təlim-məşq toplanışını çərçivəsində bu ölkənin müvafiq yaş qrupundan ibarət yığması ilə növbəti yoldaşlıq oyununu keçirib.
Komanda.az AFFA-ya istinadən xəbər verir ki, qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Azərbaycan millisinin qollarını 3-cü dəqiqədə Nəriman Axundzadə və 73-cü dəqiqədə Qurban Səfərov vurub. Oyunun 69-cu dəqiqədəsində Nuğay Rəşidov qırmızı vərəqə alıb.
Bu komandalar arasında iki gün əvvəl keçirilmiş ilk qarşılaşma 1:0 hesabı ilə rəqibin xeyrinə nəticələnmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin