“Qarabağ” kimi böyük klubda kim oynamaq istəməz ki?” – MÜSAHİBƏ

“Şamaxı” klubunun futbolçusu Adil Nağıyevin Komanda.az saytına müsahibəsi:

– Adil, əvvəlcə “Səbail”lə oyunla bağlı danışaq. Oyunun heç-heçə bitəcəyini düşünürdün?

– Biz “Səbail”lə oyuna üç xal qazanmaq üçün çıxmışdıq. Heç-heçə bizi qane etmədi, məyusuq.

“Şamaxı” bu mövsüm ilk xalını qazandı. Səncə, növbəti oyunlarda daha yaxşı nəticələr əldə edə biləcəksiz?

– Bu oyunda da, bundan öncəki oyunlarda da göstərdik ki, futbol istək, mübarizə oyunudur. Dünən meydanda bir komanda var idi, o da “Şamaxı”. Fərdi səhvlərdən qol buraxdıq. Futbolda bu cür hallar baş verir.

– “Şamaxı”nın bu mövsüm hədəfi nədir?

– Bu mövsüm hədəfimiz yaxşı, mübariz komanda olmaqdır. Bacardığımız qədər yuxarı pillələrə irəliləməliyik.

Bu mövsümdən “Şamaxı”ya icarəyə verilmisən. Klubun hazırkı durumu səni qane edir?

– Klubda hər şey qaydasındadır, futbol üçün hər bir şərait var.

– Klubun maddi durumu necədir?

– Hazırda klubda maddi durum yaxşıdır.

– Gələcəkdə Azərbaycanda və ya ölkədən kənarda hansı klubda çıxış etmək istəyərsən? Nə kimi planların var?

– Gələcəkdə nəyin necə olacağını görəcəyik. Əlbəttə, yaxşı çempionatlarda ölkəmizi təmsil etmək istəyərəm.

Azərbaycan millisində çıxış etmək istəyərsən?

– Millidə çıxış etmişəm, lakin istədiyim kimi alınmayıb. İndi üzərimdə çalışıram. Meydanda əlimdən gələnin ən yaxşısını etməyə çalışıram ki, yenidən milliyə dəvət alım.

Əslində “Şamaxı”nın baş məşqçisi kimdir, Vüqar Əsgərli, yoxsa Cavid Hüseynov?

– Baş məşqçimiz də, köməkçilərimiz də eynidir. Bir yerdə çalışırlar, bir yerdə düşünürlər və bir qərar verirlər.

Oyunlar üçün heyəti kim qurur, Hüseynov, yoxsa Əsgərli?

– Klub Cavid Hüseynova tapşırılıb. Amma köməkçi məşqçilər də baş məşqçi rolunu oynayır. Hər kəs əlindən gələni etməyə çalışır.

– “Qarabağ”ın Çempionlar Liqasında oyunlarını izləyirsən? Bu komandada oynamaq istərdin?

– Əlbəttə, “Qarabağ”ın hər bir oyununu izləyirəm. Bu cür böyük klubda kim oynamaq istəməz ki?

Səncə, niyə başqa klublarımız “Qarabağ” kimi uğurlu ola bilmir?

– “Qarabağ” hər bir cəhətdən bütün klublarımızdan fərqlənir. Bunu bir-bir sadalasam, çox vaxtımızı alacaq. “Qarabağ” bizim yeganə qürur mənbəyimizdir.

Mehri Qurban

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button