Super Liqa klubundan daha 4 transfer

Türkiyənin “Girəsunspor” klubu heyətini yeni futbolçularla gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi kolumbiyalı yarımmüdafiəçi Robert Mejia, monteneqrolu yarımmüdafiəçi Vukan Saviçeviç, qapıçı Ferhat Kaplan və müdafiəçi Talha Ülvanı heyətinə qatıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Lakin yeni transferlərlə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

Robert Mejia Kolumbiyanın “Onse Kaldas” klubundan transfer olunub. 21 yaşlı yarımüdafiəçi daha öncə “Boka Xuniors de Kali” və “Universitario Popayan” klublarında da forma geyinib.

Vukan Saviçeviç “Samsunspor”dan transfer olunub. 28 yaşlı futbolçu 2020-ci ildən Samsun təmsilçisində forma geyinirdi. Monteneqro yığmasında 6 oyun keçirmiş futbolçu, daha öncə “Visla” (Krakov), “Slovan” (Bratislava) və “Srvena Zvezda”nın da uğurları üçün çalışıb.

Ferhat Kaplanın sonuncu iş yeri “Adana Dəmirspor” olub. 33 yaşlı qolkiper 2021-ci ildən bu klubda forma geyinirdi. O, daha öncə “Dardanelspor” və “Gənclərbirliyi”nin də uğurları üçün çalışıb.

Talha Ülvan da “Samsunspor”dan transfer olunub. Belçika vətəndaşlığı da olan 21 yaşlı futbolçu sağ cinah müdafiəçisidir.

“Girəsunspor” öz futbolçularından Zeki Yavru ilə də yollarını ayırıb. 30 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. O, karyerasını “Samsunspor”da davam etdirəcək. Tərəflər 2 illik müqaviləyə imza atıblar.

Zeki Yavru 2021-ci ildən Girəsun təmsilçisinin uğurları üçün çalışırdı. O, “1461 Trabzon”, “Trabzonspor”, “Kayserispor”, “Gənclərbirliyi”, “Akhisarspor”, “Dənizlispor” və “Yeni Malatyaspor” klublarının da formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button