“Neftçi” kollektiv futbol oynayır” – “Rapid”in futbolçusu
Avstriyanın “Rapid” komandasının müdafiəçisi Kevin Vimmer Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirəcəkləri ilk oyundan öncə fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, bu gün Bakıda təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:
“Neftçi”nin Kipr “Aris”inə qarşı oyunlarını izləmişəm. “Aris”lə cavab oyununda onların bütün heyətinin kollektiv futbol oynadıqlarını gördük. Düşünürəm ki, bu komanda kollektiv futbol oynayır. Bütün oyunçuları güclüdür. Mən tək hücumçuların adlarını çəkməzdim”.
Vimmer “Turan Tovuz”a keçən “Totenhem”in sabiq futbolçusu Natan Oduvanı tanıdığını qeyd edib: “Bəli, mən 2015-2017-ci illərdə “Totenhem”də oynamışam. Onun Azərbaycanda oynadığını sizdən eşidirəm. Mən London klubunda oynayarkən o, gənc idi və əsas heyətdə çıxış etmirdi”.
“Neftçi” “Rapid”ə qarşı ilk oyununu sabah Bakıda, cavab görüşünü isə avqustun 11-də Vyanada keçirəcək.
Bizi Facebook-da izləyin