“Bavariya”dan Robben və Riberi ilə bağlı rəsmi açıqlama
Almaniya Bundesliqasında mübarizə aparan “Bavariya” cari mövsümün sonunda klubla müqaviləsi bitəcək Frank Riberi və Aryen Robbenlə bağlı açıqlama yayıb.
Komanda.az klubun saytına istinadən xəbər verir ki, açıqlamada, hər iki futbolçunun mövsümün sonunda “Bavariya”dan ayrılacağı bildirilib.
Klub prezidenti Karl-Haynts Rummenigge də hər iki futbolçunun ayrılığı ilə bağlı fikirlərini bildirib:
“Robben və Riberi möhtəşəm futbolçulardır. Onlara böyük bir vida edəcəyik. Onlar “Bavariya”nın ən uğurlu 10 ilini fantastik oyunları ilə bəzədilər”.
Xəbərdə Riberinin də fikirlərinə yer verilib:
“Bavariya”ya gələndə, bir xəyalım gerçəkləşmişdi. Sağollaşmaq asan olmayacaq. Heç vaxt bacardıqlarımızı unutmamalıyıq”.
Riberi 12, Robben isə 10 ildir ki, Münhen klubunun şərəfini qoruyur.
Bizi Facebook-da izləyin