“Səbail”dən ayrılan futbolçu Səudiyyə Ərəbistanı klubunda

Bu ilin iyun ayında ”Səbail”dən ayrılan Camal Araqonun yeni klubu məlum olub.

Komanda.az xəbər verir ki, qanalı müdafiəçi karyerasını Səudiyyə Ərəbistanının “Ohod” klubunda davam etdirəcək. O, yeni klubunda ictimaiyyətə təqdim edilib. 

Aqaro “instaqram” hesabında “Ohod”a keçidi ilə bağlı bunları yazıb:

“Keçmiş klubum olan “Səbail”ə və Azərbaycan futbol ailəsinə dərin təşəkkürümü bildirirəm. Bu gün karyeramda yeni bir addım atıram, yeni evim olacaq. Səudiyyə Ərəbistanının “Ohod” klubunun bir hissəsi olduğumu elan etməkdən məmmunam. Mənə göstərilən sevgiyə görə də təşəkkür edirəm”.

Araqo 2021-ci ildən Bakı təmsilçisində oynayırdı. Klub onunla iyunda başa çatan müqaviləni yeniləməmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button