Premyer Liqanın ən gənc futbolçusu o oldu

İngiltərə Premyer Liqasının 37-ci turunda keçirilən “Vulverhempton” – “Fulhem” qarşılaşmasında (1:0) yeni rekorda imza atılıb.

Komanda.az “Opta”ya istinadən xəbər verir ki, “Fulhem”də matçın 88-ci dəqiqəsində meydana daxil olan Harvi Elliot, Premyer Liqanın tarixinə düşüb. 16 yaş 30 günlük olan hücumçu, Premyer Liqa matçında iştirak edən ən gənc futbolçu ünvanını qazanıb.

Bundan əvvəlki rekord da “Fulhem”in sabiq futbolçusu Mettyu Briqqsiyə aid idi. 2007-ci ildə “Fulhem”in “Midlsbro” ilə qarşılaşdığı oyunda iştirak edən Briqqsi, 16 yaş 68 günlük idi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button