“Milan”ın möhtəşəm illərində klubun böyük azarkeşi idim” – Jiru
“Milan”ın hücumçusu Olivye Jiru açıqlama verib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçu uşaqlıqdan “Milan”a azarkeşlik etdiyini deyib:
“Milan”ın möhtəşəm illərində klubun böyük azarkeşi idim. Van Basten və digər futbolçuların çoxlu videolarına baxmışam. Mən də onlar kimi qol vurmaq istəyirdim. Andrey Şevçenko mənim üçün nümunə idi. O, hər vəziyyətdən qol vura bilirdi”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin