Azərbaycan güləşçisi yarımfinalda erməni ilə qarşılaşacaq

İtaliyanın paytaxtı Romada güləş üzrə U-20 Avropa çempionatı start götürüb.

Komanda.az xəbər verir ki, ilk yarış günündə Azərbaycanın 5 yunan-Roma güləşçisi mübarizəyə başlayıb. Onlardan yalnız ikisi – Nihad Quluzadə (55 kq) və Laçın Vəliyev (87 kq) yarımfinala yüksəlib. İdmançılar finala gedən yolda müvafiq olaraq, almaniyalı Georgios Skarpello və ermənistanlı Vigen Nazaryanla qarşılaşacaq.

63 kq-da Ziya Babaşovun təsnifatda uduzduğu ukraynalı Oleq Xalilov və Heybulla Qıstarovun 1/4 finalda məğlub olduğu macarıstanlı Adolf Başo finala adlayacağı halda, Azərbaycan təmsilçiləri təsəlliverici görüşlərə qatılmaq hüququ qazanacaqlar.

77 kq-dakı Xasay Həsənli isə mübarizəni erkən dayandırıb.

Yarımfinal görüşləri saat 20:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button