Azərbaycan millisi Mingəçevirə yollandı

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi İslam Həmrəyliyi Oyunlarına və Avropa çempionatının təsnifat mərhələsinə hazırlığın növbəti mərhələsi üçün bu gün Mingəçevirə yola düşüb.

Komanda.az xəbər verir ki, komandanın təlim-məşq toplanışı “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam etdiriləcək.

Baş məşqçi Eldar Yusubov, köməkçiləri Vüqar Əliyev və Emin Əbilovun rəhbərliyi altında buradakı hazırlıq iyulun 5-də başa çatacaq. Mingəçevirdəki məşqlərdə 15 voleybolçu iştirak edəcək.

Milli AÇ-2023-ün təsnifat oyunlarında D qrupunda Sloveniya, Gürcüstan və Avstriya milliləri ilə mübarizə aparacaq. İslam Həmrəyliyi Oyunlarında isə komandamızın rəqibləri hələlik məlum deyil.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button