“Milan”la müqaviləni uzadacaq – daim ehtiyatda qalan futbolçu
“Milan”ın qapıçısı Antonio Mirante klubu ilə müqaviləsini uzadacaq.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 38 yaşlı italiyalı qolkiperlə 2023-cü ilin yayına qədər nəzərdə tutulan yeni müqavilə imzalanacaq.
Mirante 2021-ci ilin oktyabrından “Milan”da çıxış edir. Bu müddət ərzində qapıçı klubda bir dəfə də olsun meydana çıxmayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin