“Azərbaycan millisinə mümkün qədər tez qol vurmalıyıq”
Futbol üzrə Belarus yığmasının yarımmüdafiəçisi Dmitri Bessmertnı UEFA Millətlər Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində Azərbaycan millisinə qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, Belarus Futbol Federasiyasının mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:
“Azərbaycanla son oyunda kəskinlik çatışmadı, bir-birimizlə qarşılıqlı anlaşma yox idi. Qazaxıstana qarşı çox yaxşı oynadıq. Azərbaycana qarşı da belə oynamalıyıq. Onlar oynamağa imkan verir. Onsuz da bütün komandalar buna imkan yaradır. Zonalardan istifadə edib mümkün qədər tez qol vurmağa çalışmalıyıq. Belə olarsa, rəqib hücuma keçəcək, açıq futbol oynayacaq. O zaman daha çox qol vura bilərik”.
Bu gün “Dalğa Arena”da keçiriləcək oyuna saat 20:00-da start veriləcək.
Bizi Facebook-da izləyin