“Qırmızı şeytanlar”ı ”canavarlar”a dəyişir

Serbiyalı yarımmüdafiəçi Nemanya Matiç tezliklə “Roma”ya keçə bilər.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, hazırda “Mançester Yunayted” forması geyinən 33 yaşlı futbolçu iyulda “Roma”ya transfer olunamaq üçün tibbi müayinədən keçəcək. Onun “canavarlar”la 2023-cü ilin iyun ayının sonuna kimi nəzərdə tutulan müqavilə bağlayacağı deyilir.

Matiç 2017-ci ilin iyulundan “Mançester Yunayted”də çıxış edir. Serb yarımmüdafiəçi 2021/22 mövsümündə “qırmızı şeytanlar”ın heyətində 32 matçda 4 məhsuldar ötürmə edib. O, iyulun 1-dən azad agentə çevriləcək.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button