7 milyon avro istəyir – Müqavilənin uzadılması üçün

“Milan” Rafael Leao ilə müqavilənin uzadılması üçün danışıqlar aparır.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, futbolçu müqavilənin uzadılması üçün ən azı 7 milyon avro istəyir. Bununla belə, “Milan” Leao ilə yollarını ayırmaq fikrində deyil, ona görə də, müqavilənin uzadılması ilə bağlı danışıqları davam etdirir. Milan klubu futbolçuya cəmi 6 milyon ödəməyə hazırdır.

Daha əvvəl Leao və onun agenti Jorje Mendeş 7 milyon avro istəyərək, illik 4,5 milyon avro maaş olan müqaviləni rədd etmişdilər.

Leao 2021/22 mövsümündə “Milan”ın heyətində 42 oyunda 14 qol vurub və 12 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button