Təqvimdən narazıdır – “Futbol bayramdır, qul bazarı deyil”
“İnter”in yarımmüdafiəçisi Arturo Vidal futboldakı təqvimdən danışıb.
Komanda.az xəbər verir ki, çilili futbolçu təqvimi kəskin tənqid edib. O, futbolçuların istəklərinin nəzərə alınmadığını bildirib:
“Araşdırmalar, toplanmış məlumatlar risk altında olduğumuzu göstərir. Məhsuldarlığımız azalır və bir çox oyunçunun karyerası qısala bilər.
Bu sahəyə hamımız cavabdeh olmalıyıq. Bu təsirin azaldılması üçün birlikdə düşünməliyik. Belə durum, xüsusilə, uzun məsafələrə səyahət etməli olan cənubi amerikalı oyunçulara təsir edir.
Hər kəs tövsiyə edir ki, tətillər zamanı gündəlik işimizə aid olan heç bir şey haqqında düşünməmək vacibdir. Bu, həm də psixi sağlamlıq üçün vacibdir.
Həmkarlar ittifaqları artıq xeyli müddətdir ki, bizi bu məsələ ilə bağlı məlumatlandırır. Oyunçuların qısa müddət ərzində meydanda keçirdikləri dəqiqələr yükün çox böyük olduğunu deyir. Bütün bu rəqəmlər alimlərin tövsiyələrinə ziddir.
Karyeramız və ailəmiz, amma hər şeydən əvvəl futbola əyləncə kimi yanaşmaq naminə bununla mübarizə aparmağı bacarmalıyıq. Futbol bayramdır, qul bazarı deyil”.
Bizi Facebook-da izləyin