“Zirə”nin futbolçusu milliyə niyə çağırılmır? – Açıqlama
“Zirə”nin futbolçusu Davit Volkovun UEFA Millətlər Liqasının oyunları üçün Gürcüstan millisinə çağırılmamasının səbəbi məlum olub.
Komanda.az “Lelo” nəşrinə istinadən xəbər verir ki, bu barədə Gürcüstan miisinin baş məşqçisi Villi Sanyol mətbuat konfransında bildirib. O, Volkovun Albaniya ilə matçda özünəinam baxımınran problemlərinin olduğunu deyib:
“Volkov Özbəkistan yoxlama görüşündə bir qol vurdu. Amma Albaniya ilə qarşılaşmada özünəinam baxımından müəyyən problemlər var idi. Bununla belə, əminəm ki, o, gələcəkdə komandaya mütləq kömək edəcək”.
Gürcüstan millisi iyunun 2-də Cəbəllütariqi qəbul edəcək. Gürcülər iyunun 5-də və 12-də Bolqarıstanla üz-üzə gələcəksə, iyunun 9-da Şimali Makedoniyanın qonağı olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin