Azərbaycan yığmasının qapıçısı 100-ə çatdı
Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev “Qarabağ”da 100-cü oyununu keçirib.
Komanda.az PFL-ə istinadən xəbə verir ki, 28 yaşlı qolkiperin yubileyi 16-cı turdan təxirə salınmış “Sumqayıt”la matça təsadüf edib. O, əlamətdar qarşılaşmada qapısını toxunulmaz saxlamağı bacarıb – 5:0.
Ümumilikdə, Məhəmmədəliyev “Qarabağ”dakı 100 görüşdə 60 top buraxıb. Bu oyunların 66-sı (-33) Premyer Liqa, 22-si avrokuboklar (-22), 12-si ölkə kubokuna (-5) təsadüf edib.
“Qarabağ”da 2015/2016 mövsümündə debüt etmiş Şaruddin Məhəmmədəliyev klub tarixinə 100 və daha çox oyun keçirən 4-cü qapıçı kimi düşüb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin