Keçmiş futbolçusundan Simeoneyə “bəy tərifi”
“Atletiko”nun keçmiş müdafiəçisi Kiran Trippyer komandanın Çempionlar Liqasından kənarlaşdırılmasından sonra baş məşqçi Dieqo Simeone ilə bağlı açıqlama verib.
Komanda.az “BT Sport”-a istinadən xəbər verir ki, hazırda “Nyukasl”da çıxış edən futbolçu, Simeonenin ünvanına tərif yağdırıb:
“Simeonenin komandasında oynamaqdan və müdafiədə çıxış etməkdən həzz alırdım. Onun rəhbərliyi altında oyunum xeyli yaxşılaşdı. Simeone xüsusi biridir. Hamı “Atletiko”nun Çempionlar Liqasında maraqlı oyununu gördü. Amma komanda La Liqada fərqli futbol oynayır”.
“Mançester Siti” 1/4 finalın ilk oyununda “Atletiko”ya minimal hesabla qalib gələrək (cavab matçı 0:0), Çempionlar Liqasının yarımfinalına yüksəlib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin