“Bu, ağır məğlubiyyətdir” – Tuxel

“Çelsi”nin baş məşqçisi Tomas Tuxel Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda “Real”a məğlubiyyəti (1:3) şərh edib.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, alman məşqçi, matçda bütün futbolçularının lazımi oyun səviyyəsindən uzaq olduğunu söyləyib:

“Bu, ağır məğlubiyyətdir. Komandamızın hər üzvü lazımi oyun səviyyəsindən uzaq idi. Meydanda bizim üçün asan olanı belə, etmədik. Öz oyunumuzdan uzaq idik. Belə vəziyyətdə əlbəttə ki, uduzmalı idik”.

Cavab oyunu aprelin 12-də, “Santyaqo Bernabeu” stadionunda keçiriləcək və saat 23.00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button