Paytaxt klubunda yeni baş məşqçi
Rusiyanın “Lokomotiv” (Moskva) komandasının yeni baş məşqçisi bəlli olub.
Komanda.az xəbər verir ki, sözügedən komandanı bundan sonra Zaur Xapov çalışdıracaq.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Amma 57 yaşlı mütəxəssislə müqavilənin müddəti açıqlanmayıb.
Xapov 2016-cı ildən paytaxt klubunda qapıçılar üzrə məşqçi işləyirdi. O, baş məşqçi postunda bir müddət öncə istefa vermiş Markus Gisdolu əvəzləyib.
“Lokomotiv” 37 xalla Rusiya Premyer Liqasında turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin