Ukrayna millisinin baş məşqçisi: “Mən bu hədiyyənin əleyhinəyəm”
Futbol üzrə Ukrayna millisinin baş məşqçisi Oleksandr Petrakov DÇ-2022-nin final mərhələsinə avtomatik buraxılmaları ilə bağlı çağırışlara münasibət bildirib.
Komanda.az “championat.com”-a istinadən xəbər verir ki, Petrakov, DÇ-2022-yə vəsiqəni pley-offda mübarizə apararaq qazanmaq istədiklərini deyib:
“Dünya çempionatına kiminsə hədiyyəsi ilə getmək? Andrey Yarmolenkonu dəstəkləyirəm. Biz oynamalıyıq, bu vəsiqəni özümüz qazanmalıyıq. Şəxsən mən bu hədiyyənin əleyhinəyəm, oynamaq lazımdır. İyun ayında hansı tarixdə oynayacağımızı UEFA bizə bildirəcək”.
Ukrayna millisi DÇ-2022-nin pley-off mərhələsinin yarımfinalında Şotlandiya ilə qarşılaşacaq. Bu cütün qalibi finalda Uelsə rəqib olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin