Stamın “Mançester Yunayted” arzusu
“Mançester Yunayted”in sabiq müdafiəçisi Yap Stam kluba məşqçi, yoxsa funksioner kimi qayıtmağa hazır olması ilə bağlı sualı cavablandırıb.
Komanda.az “Betting Expert”-ə istinadən xəbər verir ki, Stam, “Mançester Yunayted”ə qayıtmağa hazır olduğunu bildirib:
“Mançester Yunayted” mənim həyatımdır. Orada əla mövsüm keçirdim, kuboklar qazandım. Bu klub mənim üçün çox önəmlidir.
Başa düşürəm ki, “Mançester Yunayted”ə qayıtmaq ehtimalım azdır. Amma klubun strukturunda olmaq, hətta fərqli bir rolda olsa belə, hər bir keçmiş oyunçu üçün önəmlidir”.
Stam 1998-2001-ci illərdə “Mançester Yunayted”də çıxış edib. O, “qırmızı şeytanlar”la 3 dəfə Premyer Liqanın, 1 dəfə isə İngiltərə kubokunun, Çempionlar Liqasının və Qitələrarası kubokun qalibi olub.
Bizi Facebook-da izləyin